Avstraliyanın “Rex Airlines” aviaşirkətinə məxsus təyyarə Dabbo şəhərində təcili eniş edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.
Dabbo-Sidney marşrutu üzrə uçan təyyarə hava limanına geri dönməli olub.
Təyyarənin göyərtəsində 26 sərnişinin olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.
Avstraliyanın Mülki Aviasiya İdarəsi insidentlə əlaqədar araşdırma aparır.