“Prezident Vladimir Pitinlə danışıqlar Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım olub”.
APA-nın “lenta.ru”-ya istinadən yaydığı məlumata görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib. Onun sözlərinə görə, Putinin Yaponiyaya səfəri rus-yapon münasibətlərin yaxşılaşmasına yardımçı olub.
“Putinlə belə qənaətə gəldik ki, qarşılıqlı istək olduğu təqdirdə bir çox sahədə münasibətlərimizin inkişafı üçün geniş imkanlar var”.
V. Putin dekabrın 15-də Yaponiyada səfər edib. Bu, son 11 il bu Rusiya dövlət başçısının Yaponiyaya ilk səfəri olub. Rusiya prezidenti və Yaponiyanın hökumət başçısı iqtisadi əməkdaşlığı, o cümlədən mübahisə predmeti olan Cənub Kuril adalarında birgə təsərrüfat fəaliyyətini müzakirə ediblər.