Bank Of Baku

Çin saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarmağı qərara alıb

Çin saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarmağı qərara alıb
# 17 dekabr 2016 20:14 (UTC +04:00)

Pekin ölkənin Hərbi-Dəniz Qüvvələrinin Cənub Çin dənizində saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarmağı qərara alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

 

Qeyd edək ki, dekabrın 15-də Çin Hərbi-Dəniz Qüvvələri Cənub Çin dənizində avtonom şəkildə idarə olunan sualtı pilotsuz aparat saxlayıb. Amerika tərəfinin bildirdiyinə görə, aparat Cənub Çin dənizinin beynəlxalq sularına ABŞ-ın  “Bowditch” okeanoqrafik gəmisindən elmi tədqiqat məqsədilə buraxılıb.  

 

Pentaqonun mətbuat katibi Piter Kuk insidentdən sonra tədqiqatın beynəlxalq hüquq çərçivəsində aparıldığını və aparatın ABŞ-a qaytarılmasını tələb edib.

 

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hadisəyə görə Çini sərt tənqid atəşinə tutub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR