Çində 22 yük avtomobili toqquşub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şandun vilayətində baş verən qəza nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Bir anda beş yol-nəqliyyat hadisəsinin baş verdiyi bildirilir.
İlkin ehtimala görə, qəzalar sürücülərin təhlükəsiz məsafə saxlamadığı üçün baş verib.