Bank Of Baku

Əfqanıstanda 36 silahlı məhv edilib

Əfqanıstanda 36 silahlı məhv edilib
# 28 mart 2017 02:29 (UTC +04:00)

Son  sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 36  silahlı məhv edilib.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat ölkənin Nanqarxar əyalətində  keçirilib.

 

Məlumata görə, hava dəstəyi ilə keçirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının dayaq məntəqələri məhv edilib.  Əfqanıstan ordusunun itkiləri barədə məlumat verilmir.

 

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. Məlumata görə, ölkənin bir çox əyalətlərində “Taliban” hərəkatının səhra komandirləri və sıravi döyüşçüləri "sədaqət andı" içərək İŞİD-lə birləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR