Dekabrın 22-də Küveytdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin Suriyanın Hələb şəhərində yaranmış vəziyyətlə bağlı təcili görüşü keçiriləcək.
APA-nın İƏT-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, görüşdə Suriyada 6 il davam edən böhranla bağlı təşkilatın atacağı addımlar müzakirə ediləcək.
“İƏT-in bu ilin aprel ayında İstanbulda baş tutan sammitinin yekun kommünikesinə əsasən görüş Dəməşqdəki rejim tərəfindən kütləvi qırğın və soyqırımın qarşısını almaq, Cenevrə bəyannaməsi əsasında Suriyadakı böhranın siyasi həllini tapmaq, BMT-nin himayəsi altında suriyalılar tərəfindən keçid hökumətinin formalaşdırılması prosesinin həyata keçirilməsi, insan haqları və qanunun aliliyi prinsiplərinə əsaslanan plüralist, demokratik vətəndaş cəmiyyətinin mövcud olduğu yeni dövlətin qurulması səyləri çərçivəsində keçiriləcək”, - deyə məlumatda bildirilir.