İndoneziya Hərbi Hava Qüvvələrinin “S-130 Hercules” tipli nəqliyyat təyyarəsi Papua əyalətində təlim manevri zamanı qəzaya uğrayıb.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 13 nəfər ölüb.
Təyyarə Timika şəhərindən havaya qalxıb, Vamena şəhəri yaxınlığında dağa çırpılıb. Ölənlərin cəsədləri aşkarlanıb və Vamena şəhərinə gətirilib.
Təyyarənin pis hava şəraiti səbəbindən qəzaya uğradığı istisna edilmir.