Bank Of Baku

İran ordusu genişmiqyaslı təlimə başlayıb

İran ordusu genişmiqyaslı təlimə başlayıb
# 11 dekabr 2016 13:43 (UTC +04:00)

Bu gün İran ordusu ölkənin cənub-şərqində genişmiqyaslı təlimə başlayıb.

 

APA-nın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, “Muhammad Rasoulallah Four” adı altında keçirilən təlimdə məqsəd quru qoşunlarının döyüş hazırlığı səviyyəsini yüksəltməkdir.

 

Təlim üç gün ərzində 220 kv. km. ərazidə keçiriləcək. General Seyid Kamal Peyğəmbəri deyib ki, təlim quru qoşunlarının istənilən təhlükəyə operativ reaksiya verməsini nümayiş etdirəcək. Quru qoşunlarının təlimi Hərbi Hava Qüvvələrinin  və “Hatam əl-Anbiya” hava hücumundan müdafiə bazasının dəstəyi ilə keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR