Bank Of Baku

İranda sel nəticəsində 7 nəfər ölüb

İranda sel nəticəsində 7 nəfər ölüb
# 27 mart 2017 12:18 (UTC +04:00)

İranın bir neçə əyalətində sel fəlakəti 7 nəfərin həyatına son qoyub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, ötən 3 gün ərzində davamlı və güclü yağışlar 15 əyalətdə, o cümlədən Tehran, İlam, Buşəhr, Cənubi Xorasan, Rəzəvi Xorasan, Xuzestan, Sistan və Bəluçistan, Fars, Qəzvin, Kirman, Kirmanşah və digər yerlərdə daşqınlara səbəb olub.

 
Sel nəticəsində indiyədək 7 nəfər ölüb. 2900 nəfər xilas edilib və zəruri ehtiyacları təmin olunub.  101 ev sudan təmizlənib. 

 
Həyatını itirən şəxslərdən 4 nəfəri bir ailənin üzvüdür. Onlar Buşəhr əyalətində, daha 3 nəfər isə Fars əyalətində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR