Bank Of Baku

İranlı gənc qayınatasının evində kütləvi qətl törədib

İranlı gənc qayınatasının evində kütləvi qətl törədib
# 23 dekabr 2016 11:08 (UTC +04:00)

İranın Kirman şəhərinin Fəhroc bölgəsində 26 yaşlı gənc ailə münaqişəsi zəminində avtomat silahla həyat yoldaşının ailə üzvlərini atəşə tutub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə zamanı 10 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.


Dekabrın 22-də baş verən hadisədə ölənlərdən 3 nəfəri qadın, 2-si uşaqdır.

 

Həyat yoldaşının ailəsi ilə ixtilafı olan gənc qayınatasının evinə gedib və yoldaşı istisna olmaqla, digərlərini atəşə tutub. 

 

Polis hadisə barədə araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR