Bank Of Baku

İraq ordusu Mosulda yeni əməliyyata başlayıb

İraq ordusu Mosulda yeni əməliyyata başlayıb
# 29 dekabr 2016 09:01 (UTC +04:00)

İraq ordusu Mosulda bir neçə istiqamətdən İŞİD mövqelərinə yeni hücumlara başlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, hücum şəhərin cənub-şərq hissəsində həyata keçirilir. “Hazırda hərbçilərimiz hücumdadır. İlk dəqiqələrdə onlar 500 metr irəliləyə bilib”, - deyə İraq Daxili İşlər Nazirliyindən bildirilib.
 
İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri İraq ordusunun Mosul  şəhərinin 56 rayonundan 40-nı azad etdiyini deyib. O, dinc sakinlərə zərər verməmək üçün ehtiyatla hərəkət  etdiklərini söyləyib. 
 

Qeyd edək ki, oktyabr ayında 2014-cü ildə İŞİD qruplaşması tərəfindən ələ keçirilən Mosulun azad edilməsi əməliyyatı başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR