İraqın Süleymaniyə şəhərində fabrikdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb.
APA-nın “Anadolu” agentliiynə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə yerinə cəlb edilən təhlükəsizlik qüvvələri fabrikin ərazisinə heç kimi buraxmırlar. Faktla bağlı araşdırmalara başlanılıb.