Bank Of Baku

İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinə etirazını bildirib

İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinə  etirazını bildirib
# 23 dekabr 2016 22:28 (UTC +04:00)

Rəsmi Tel-Əviv BMT Təhlükəsizlik Şurasının yaşayış məskənlərinə dair qətnaməsinə əməl etməyəcək.

 

APA-nın məlumatına görə, bunu Reuters agentliyinə baş nazir Benyamin Netanyahunun mətbuat katibliyi bəyan edib.

 

“İsrail BMT Təhlükəsizlik Şurasının qərəzlə dolu qətnaməsini rədd edir və ona əməl etmək niyyətində deyil”, məlumatda vurğulanıb.

 

Qeyd edək ki, bir qədər əvvəl BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib, ABŞ isə bitərəf qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR