Bank Of Baku

Oman terrorizmə qarşı İslam koalisiyasına qoşulub

Oman terrorizmə qarşı İslam koalisiyasına qoşulub
# 28 dekabr 2016 22:57 (UTC +04:00)

Oman Səudiyyə Ərəbistanının başçılıq etdiyi terrorizmə qarşı İslam koalisiyasına qoşulub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Oman rəhbərliyi özündə 40 ölkəni birləşdirən alyansa üzv olmaq istədiyini bəyan edib.

 

Bununla bağlı Oman rəsmiləri Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda müraciət məktubu göndərib.

 

Qeyd edək ki, 2015-ci ilin dekabrında Səudiyyə Ərəbistanı terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR