Bank Of Baku

Pakistanda hərbçilərlə silahlılar arasında atışma olub, 7 nəfər ölüb

Pakistanda hərbçilərlə silahlılar arasında atışma olub, 7 nəfər ölüb
# 23 mart 2017 03:38 (UTC +04:00)

Pakistanın şimal-qərb bölgəsində silahlılarla baş verən toqquşmada azı 2 hərbçi ölüb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, qarşıdurma Pakistan təhlükəsizik qüvvələri  Orakzay bölgəsində əməliyyat keçirərkən qeydə alınıb.

 

Məlumata görə, baş vermiş atışma nəticəsində 5 silahlı məhv edilib.

 

Pakistan təhlükəsizlik qüvvələrin  fevral ayından etibarən ölkədə fəaliyyət göstərən ekstremist qruplaşmalara qarşı əməliyyat keçirir.  

 

Xatırladaq ki, fevralın 16-da Pakistanın Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində  88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR