Müxalifləri və onların ailələrini daşıyan sayca ikinci maşın karvanı Suriyanın Hələb şəhərini tərk edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobus və təcili yardım maşınlarından ibarət karvan Ər-Rəşiddin rayonuna çatıb.
Avtomobil karvanı rusiyalı hərbçilər və Qırmızı Xaç Beynəlxalq Komitə əməkdaşları tərəfindən müşayiət edilib. Maşın karvanı isə növbəti dəstənin şəhəri tərk etməsi üçün Hələbə geri dönüb.
Qeyd edək ki, müxaliflərin Hələbin şərq rayonlarından çıxarılması əməliyyatı rusiyalı hərbçilər və Suriya hökuməti tərəfindən koordinasiya edilir.
Şəhəri tərk etməyə razılaşanların təhlükəsizliyinə zəmanət verilib.