Bank Of Baku

Əhalini daşıyan növbəti maşın karvanı Hələbi tərk edib

Əhalini daşıyan növbəti maşın karvanı Hələbi tərk edib
# 15 dekabr 2016 23:31 (UTC +04:00)

Müxalifləri və onların ailələrini daşıyan sayca üçüncü avtobus karvanı Suriyanın Hələb şəhərini tərk edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobus və təcili yardım maşınlarından ibarət karvan Ər-Rəşiddin  rayonuna çatıb.

 

Avtomobil karvanı rusiyalı hərbçilər və Qırmızı Xaç Beynəlxalq Komitə əməkdaşları tərəfindən  müşayiət edilib. Maşın karvanı isə növbəti dəstənin şəhəri tərk etməsi üçün Hələbə geri dönüb.

 

Qeyd edək ki, müxaliflərin Hələbin şərq rayonlarından çıxarılması əməliyyatı rusiyalı hərbçilər və Suriya hökuməti tərəfindən koordinasiya edilir. 

 

 Şəhəri tərk etməyə razılaşanların təhlükəsizliyinə zəmanət verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR