Bank Of Baku

Türkiyə ABŞ-ın başçılıq etdiyi koalisiyadan dəstək istəyib

Türkiyə ABŞ-ın başçılıq etdiyi koalisiyadan dəstək istəyib
# 26 dekabr 2016 12:24 (UTC +04:00)

Türkiyə Suriyada İŞİD-ə qarşı apardığı əməliyyatlara ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan dəstək istəyib.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. 


“Bizim terrorçulara qarşı Əl-Babda apardığımız əməliyyatlara beynəlxalq koalisiya havadan dəstək verməlidir. Lazımi dəstəyin verilməməsi qəbuledilməzdir”, - deyə o, söyləyib.
 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında “Fərat qalxanı” adlı əməliyyata başlayıb. İndiyədək bu əməliyyatlarda 38 türk hərbçisi həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR