Türkiyədə antiterror əməliyyatları davam edir.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şırnak vilayətinin Qabar dağı bölgəsində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı terrorçuların ərazidə öncədən quraşdırdıqları partlayıcı qurğu işə salınıb.
Nəticədə 3 əsgər şəhid olub, 5 əsgər yaralanıb. Əməliyyat zamanı 5 terrorçu öldürülüb.