Bank Of Baku

Türkiyədə evdə baş verən yanğında üç uşaq ölüb

Türkiyədə evdə baş verən yanğında üç uşaq ölüb
# 28 mart 2017 14:02 (UTC +04:00)

Türkiyədə evdə yanğın zamanı 3 uşaq faciəli şəkildə ölüb.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Sakarya rayonunun Adapazarı qəsəbəsinin Göktepe məhəlləsində əfqan ailənin yaşadığı evdə baş verib.

 

Evdə naməlum səbəbdən yanğın başlayıb, qısa müddətdə evi və bitişik boş tövləni bürüyüb. Məhəllə sakinləri və xilasedicilərin köməyi ilə yanğın çətinliklə söndürülüb. Evdə yanğın nəticəsində ölən 3 uşağın cəsədi aşkarlanıb. Yanğın baş verən zaman uşaqların valideynləri evdə olmayıb. Yanğının səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR