Bank Of Baku

Yaponiya və Rusiya liderləri sülh sazişini müzakirə edəcəklər

Yaponiya və Rusiya liderləri sülh sazişini müzakirə edəcəklər
# 15 dekabr 2016 04:02 (UTC +04:00)

Yaponiya baş naziri Sindzo Abe və Rusiya prezidenti Vladimir Putin dekabrın 15-də iki ölkə arasında sülh sazişinin problemlərinə dair danışıqlar aparmaq niyyətindədirlər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Sindzo Abe jurnalistlərə Tokio aeroportunda açıqlama verib.

 

“Prezident Putini vətənim Naqato şəhərinə dəvət etmişəm. Orada onunla təmkinli şəraitdə müfəssəl danışıqlar aparmaq niyyətindəyəm. Mən perspektivli və məhsuldar danışıqların aparılacağına ümid edirəm”, deyə A.Abe bildirib.

 

Bu gün Naqato şəhərində Yaponiya və Rusiya liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. A.Abe və V.Putin sülh sazişinin problemlərinə dair danışıqlar aparacaq. 

 

Dekabrın 16-da paytaxt Tokioda keçiriləcək geniş tərkibli görüşdə isə əsasən iqtisadi məsələlərə toxunulacaq.

 

Qeyd edək ki, bu ilin mayında Soçidə Rusiya prezident Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe arasında görüş olub. Yaponiya baş naziri Putinə Kuril adaları məsələsində yeni yanaşma təklif edib. Onun sözlərinə görə, Rusiya prezidenti məsələnin yeni yanaşma yolu ilə həllinə razılıq verib. Bundan sonra  Abe və Putin noyabrda, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti çərçivəsində Peruda görüşüblər. Söhbət zamanı sülh müqaviləsinin imzalanması ilə əlaqədar müzakirələr davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR