Bank Of Baku

Yəməndə “Əl-Qaidə” silahlıları məhv edilib

Yəməndə “Əl-Qaidə” silahlıları məhv edilib
# 29 mart 2017 20:20 (UTC +04:00)

Yəmənin cənubunda “Ərəbistan yarımadasında Əl-Qaidə” qruplaşmasının 5 silahlısı məhv edilib.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, silahlılar ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

 

Məlumata görə, pilotsuz təyyarələr Şabva və Abyan əyalətində iki nəqliyyat vasitəsinə zərbə endirib. Bundan əvvəl yanvarın 29-da ABŞ hərbçiləri Yəməndə xüsusi əməliyyat keçirib, nəticədə 14 terrorçu məhv edilib.

 

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir.

 

Ölkənin cənubunda isə İŞİD və “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmaları fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR