Yəmənin Laxc şəhərində törədilən terror aktı nəticəsində 11 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze minalanmış avtomobili inzibati binaya çırpmağa cəhd edib.
Məlumata görə, mühafizəçilərin terrorçunu vaxtında zərərsizləşdirməsi partlayış qurbanlarının sayının çox olmasına imkan verməyib.
Hücumun “Ərəb yarımadasında Əl-Qaidə” qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.