Bank Of Baku

XİN sözçüsü: "ABŞ İrana təzyiq göstərmək üçün hər fürsətdən istifadə edir"

Səid Xətibzadə

© APA | Səid Xətibzadə

# 31 mart 2022 10:25 (UTC +04:00)

“ABŞ İrana təzyiq göstərmək üçün hər bir fürsətdən istifadə edir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu addım Amerika hökumətinin İran xalqına qarşı xoşniyyətli olmamasının daha bir göstəricisidir:

“ABŞ-ın hazırkı hökuməti iddia etdiyinin əksinə olaraq hər bir imkandan İran xalqına qarşı əsassız ittiham və təzyiqdən istifadə edir".

O bildirib ki, ABŞ bir tərəfdən iddia edir ki, hərtərəfli Birgə Fəaliyyət Planının öhdəliklərini tam icra etməyə hazırdır, digər tərəfdən BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR