Bank Of Baku

Yaponiyada 4 mindən çox adam kosmonavtlıq üçün müraciət edib

Yaponiyada 4 mindən çox adam kosmonavtlıq üçün müraciət edib
# 05 aprel 2022 07:31 (UTC +04:00)

Yaponiyada 4 mindən çox adam kosmonavtlıqla bağlı müsabiqədə iştirak etmək üçün müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə Kyodo agentliyi Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) istinadla məlumat verib.

Namizədlər 4 mərhələdə imtahandan keçdikdən sonra gələn fevralda təlimə cəlb ediləcək və işə başlayacaqlar.

İddiaçılardan azı 3 il iş stajı və ali təhsil tələb olunur. Müsabiqədən keçən şəxslər ilk mərhələdə aylıq 360 000 yen (5 200 AZN) maaşla təmin olunacaq. Məqsəd yaxın illərdə Aya uçacaq heyəti hazırlamaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR