Bank Of Baku

Yaponiyanın xarici işlər naziri Polşaya səfər edib

Yosimasa Hayasi

© APA | Yosimasa Hayasi

# 02 aprel 2022 09:52 (UTC +04:00)

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Polşaya səfər edib.

APA NHK telekanalına istinadən xəbər verir ki, Yaponiya XİN başçısının səfəri aprelin 5-dək davam edəcək.

Yosimasa Hayasi Polşa hökumətinin yüksək rütbəli nümayəndələri ilə danışıqlar aparacaq və ukraynalı qaçqınlarla bağlı vəziyyəti qiymətləndirəcək.

Yaponiya mətbuatının yazdığına görə, o, səfərinin sonunda Ukraynadan olan 30-a yaxın qaçqını hökumət təyyarəsi ilə ölkəsinə gətirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR