Bank Of Baku

Yəməndə atəşkəs 2 ay uzadılıb

Yəməndə atəşkəs 2 ay uzadılıb
# 03 iyun 2022 02:01 (UTC +04:00)

Yəməndə döyüşən tərəflər aprelin 2-dən qüvvəyə minən atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib.

Razılaşma atəşkəsin bitməsinə bir neçə saat qalmış əldə olunub.

Qrundberqin sözlərinə görə, atəşkəsin uzadılması barədə qərar iyunun 2-də, yerli vaxtla saat 19:00-dan qüvvəyə minəcək.

Xatırladaq ki, Yəməndə vətəndaş müharibəsi 2015-ci ildən davam edir. BMT-nin hesabatlarına görə, müharibə başlayandan 2021-ci ilin sonuna qədər 377 min insan hərbi əməliyyatların qurbanı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR