Şəkidə iri ərzaq mağazası yanıb - YENİLƏNİB

Şəkidə iri ərzaq mağazası yanıb - <span style="color: red;">YENİLƏNİB
# 11 mart 2016 05:59 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə mağaza yanıb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, bu gecə saat 04:25 radələrində rayonun Baş Küngüt kəndində, kənd sakini Səkinə Xəlil qızı İbadullayevə məxsus, ümumi sahəsi 180 kv/m olan qarışıq mallar mağazasında yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları tamamilə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

***

08.54

Bakı-APA. Bu gün Şəki rayonu, Baş Küngüt kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR