Bank Of Baku

ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub

ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub
# 18 iyun 2019 14:14 (UTC +04:00)

ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub. 

APA-nın xəbərinə görə, bu barədə səfirliyin rəsmi "Twitter" səhifəsində bildirilib.

“ABŞ-ın Kiyevdəki səfirliyi binada bombanın olması ilə bağlı məlumat alıb və bu hadisəni araşdırır”, - deyə səfirliyin “Twitter” səhifəsində qeyd olunub. Amerikalı diplomatlar vətəndaşlara ABŞ-ın Ukraynadakı səfirliyini ziyarət etməməyi məsləhət görüb. 

Qeyd edək ki, bu gün ABŞ-ın Ukraynadakı səfirliyinə yeni müvəqqəti işlər vəkili Vilyam Teylor gəlib. V.Teylor 2006-2009-cu illərdə ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini icra edib. 
  
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR