Bank Of Baku

Aİ Gürcüstanla vizasız rejimin dayandırılmasını müzakirə edir

Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski

© APA | Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski

# 12 iyun 2025 12:23 (UTC +04:00)

Aİ-yə üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılmasına dair müzakirələr aparılır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib.


“Üzv ölkələr arasında nə edilə biləcəyinə dair müzakirələr davam edir və ideyalardan biri vizasız rejimin dayandırılmasıdır”, - Herçinski deyib. O, Gürcüstanla Aİ arasında münasibətlərin son bir ildə yaxşı istiqamətdə getmədiyini qeyd edib.


"Gürcüstan illərdir ki, Aİ ilə imtiyazlı münasibətlərə malikdir. Biz gürcülərlə Avropaya vizasız gediş-gəliş və azad ticarət zonası imkanlarını paylaşmışıq. Üç il əvvəl Gürcüstan namizəd ölkə statusu almaq üçün müraciət etmişdi və biz ona rəsmi olaraq Aİ-yə namizəd ölkə statusu vermişik. Lakin təəssüf ki, təxminən bir ildir ki, Aİ ilə Gürcüstan arasında münasibətlər yaxşı getmir", - Herçinksi deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR