Avropa İttifaqı Krım və Sevastopolun ilhaqı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il uzadıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının bu gün qəbul olunan bəyanatında bildirilib. Qeyd olunur ki, sanksiyalar Aİ-dən olan şəxslərə və Aİ şirkətlərinə tətbiq olunur. Məhdudlaşdırıcı tədbirlər Krım və Sevastopoldan məhsulların Aİ-yə idxalını, bu ərazilərdə investisiya yatırımını, turizm xidmətlərinin göstərilməsini qadağan edir.
Sanksiyaların müddəti bu gün bitib.