Bank Of Baku

Belçikada “Barselona” azarkeşlərini daşıyan avtobus yanıb

Belçikada “Barselona” azarkeşlərini daşıyan avtobus yanıb
# 05 noyabr 2025 23:54 (UTC +04:00)

Belçikada Çempionlar Liqasının matçına gedən “Barselona” azarkeşlərini daşıyan avtobusda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Diario Sport qəzeti məlumat yayıb.

Hadisə zamanı bütün fanatlar təxliyə olunub, onlara xüsusi xidmət əməkdaşları nəqliyyatı tərk etməkdə kömək ediblər.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, “Brügge” və “Barselona” komandaları Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində üz-üzə gəlir.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR