Bank Of Baku

Bundestaqa Ukraynaya “Taurus” raketlərinin göndərilməsi ilə bağlı təklif göndərilib

Bundestaqa Ukraynaya “Taurus” raketlərinin göndərilməsi ilə bağlı təklif göndərilib
# 07 dekabr 2024 00:17 (UTC +04:00)

Almaniyanın Azad Demokratik Partiyası (FDP) Ukraynaya “Taurus” raketlərinin göndərilməsi ilə bağlı qətnaməni Bundestaqın müzakirəsinə təqdim edib.

APA xəbər verir ki, bu barədə dekabrın 6-da Almaniya parlamentinin saytında məlumat verilib.

Partiyanın parlament fraksiyası federal hökuməti Rusiyanın hərbi-strateji hədəflərinə hücum etmək üçün Ukraynanı “Taurus” qanadlı raketləri ilə təmin etməyə çağırıb.

Partiyanın təqdim etdiyi sənəddə deyilir ki, Ukrayna Silahlı Qüvvələri lazım olan bütün silah və sursatlarla gecikdirilmədən və uçuş məsafəsi məhdudiyyəti olmadan təmin edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR