Dənizdə olan minaları təmizləyərək və bununla təhlükəsiz bir dəhliz açaraq, Ukraynadan taxılın gəmilərlə ehtiyacı olan ölkələrə ixrac edilməsi üçün çalışırıq.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə bu istiqamətdə BMT, Rusiya və Ukrayna ilə birlikdə danışıqlar aparır.
XİN rəhbərinin sözlərinə görə, bu mövzuda rəqabət yolverilməz olsa da, hər kəs Türkiyənin açar ölkə olduğunu görür və ona müraciət edir.
O, iyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri çərçivəsində də bu dəhlizin açılması, Rusiya və Ukrayna mallarının ixracatı mövzusunun müzakirə olunacağını vurğulayıb.