“Wikileaks”-in təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr gələn il keçiriləcək.
APA-nın “Sputnik”-ə istinadən verdiyi xəbərə görə, London məhkəməsi Assanjın ABŞ-a təhvil verilməsi ilə bağlı beş günlük dinləmələri 2020-ci il fevralın 24-dən sonraya təyin edib.
“Wikileaks”-in təsisçisi hazırda Londonun Belmarş həbsxanasında saxlanılır.
Qeyd edək ki, Culian Assanj aperlin 11-də Ekvadorun Londondakı səfirliyində həbs olunub.