Danimarka Avropa İttifaqının təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığına qoşulur.
APA xəbər verir ku, bu barədə Danimarka xarici işlər naziri Jeppe Klod bu barədə "Twitter"də bildirib.
"Aİ-nin xarici siyasət və təhlükəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell, İsveç və finlandiyalı həmkarlatımı məlumatlandırmaq üçün onlarla əlaqə saxladım. Danimarka xalqı bu gün Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığına səs verdi.
Artıq Aİ və NATO-da Şimali təhlükəsizlik sahəsində sıx əməkdaşlıq üçün daha da güclü təməlimiz var", - danimarkalı nazir deyib.