Bank Of Baku

FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb

FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
# 08 iyul 2026 02:21 (UTC +04:00)

Beynəlxalq Futbol Federasiyası (FIFA) dünya çempionatının 1/8 final mərhələsində ABŞ və Belçika milliləri arasında keçirilən oyundan əvvəl ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən müvəqqəti kənarlaşdırıb.

Bu barədə "Front Office Sports" nəşri məlumat yayıb.

Məlumata görə, sanksiya komandanın meneceri Sem Zapatka və federasiyanın təhlükəsizlik üzrə vitse-prezidenti Frenk Pennellə şamil olunub.

Kənarlaşdırılmanın səbəbi açıqlanmasa da, ABŞ Futbol Federasiyası qərarı təsdiqləyib. FIFA isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Nəşr qeyd edir ki, sanksiyalar ABŞ millisinin hücumçusu Folarin Baloqun ətrafında yaranmış vəziyyətlə bağlı ola bilər. Lakin bununla bağlı rəsmi təsdiq yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR