Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) Ukrayna da qoşulacaq.
Reuters-in məlumatına görə, bu barədə NATO-nun Ankara sammitində Kanadanın Baş naziri Mark Karni açıqlama verib.
Bankın 100 milyard funt sterlinqədək vəsait cəlb etməsi planlaşdırılır.
Bu vəsait iştirakçı ölkələrdə müdafiə layihələrinin aşağı faizli kreditlərlə maliyyələşdirilməsinə yönəldiləcək.