Gürcüstanda patriarxlıq həbs edilən nümayişçilərlə bağlı bəyanat yayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bəyanatda patriarxlıq hakimiyyət orqanların Tbilisidə keçirilən nümayişlərdə saxlanılanlara mümkün qədər xoş davranmağa çağırır.
"Hadisələrlə əlaqədar bir daha öz narahatlığımızı ifadə edirik. Biz səlahiyyətli şəxslərdən saxlanılanlara qanun çərçivəsində, maksimum xoş davranmaları üçün müraciət edirik",- deyə patriarxlığın bəyanatında deyilir.
Qeyd edək ki, iyunun 20-21-də Tbilisidə keçirilən kütləvi nümayişlər zamanı polis 305 nümayişçini saxlayıb. 20 nəfərə 14 gün müddətinə həbs verilib. Tbilisi Apellyasiya Məhkəməsi bu gün 41 nəfəri azadlığa buraxıb.