Bank Of Baku

Makron: Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir

Fransa prezidenti Emmanuel Makron

© APA | Fransa prezidenti Emmanuel Makron

# 25 aprel 2026 05:54 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron dünya siyasətində Avropaya qarşı duran əsas liderlər arasında Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpini göstərib.

O, bu açıqlamanı Yunanıstana səfəri zamanı "France 24" telekanalına müsahibəsində verib.

Makron bildirib ki, bu liderlər müxtəlif səviyyələrdə Avropanın maraqlarına qarşı çıxış edirlər və mövcud geosiyasi qarşıdurma kifayət qədər ciddidir.

Bununla belə, Fransa lideri qeyd edib ki, ABŞ hələ də müttəfiq olaraq qalır, lakin Vaşinqtonun mövqeyi əvvəlki qədər sabit və proqnozlaşdırıla bilən deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR