Bank Of Baku

Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir

Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
# 18 sentyabr 2026 02:32 (UTC +04:00)

Avropa Komissiyası Çinlə Aİ-nin ticarət kəsirinin azaldılması üzrə danışıqlarda ilk konkret nəticələrin oktyabradək əldə olunacağına ümid edir.

Bu barədə “Reuters” Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç və Çinin ticarət naziri Van Ventao bir saatdan çox davam edən videokonfrans keçiriblər.

Danışıqlar zamanı Çin məhsullarının Aİ bazarına tədarükü, Avropa şirkətlərinin Çin bazarına çıxışı, həmçinin Pekinin nadir torpaq metallarının ixracına tətbiq etdiyi məhdudiyyətlər müzakirə olunub.

“Real qarşılıqlı fəaliyyət prioritet olaraq qalsa da, ilk konkret nəticələrin oktyabrda Pekində keçiriləcək Ticarət və İnvestisiyalar Şurasının ikinci sessiyasınadək əldə olunması eyni dərəcədə vacibdir. Bu, ritorikadan nəticələrə keçdiyimizi göstərməlidir. Həmin nəticələr inandırıcı olmalıdır”, – Avropa Komissiyasının nümayəndəsi bildirib.

Şefçoviçin oktyabrda Pekinə səfər edərək Ticarət və İnvestisiyalar Şurasının iclasına həmsədrlik etməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR