Bank Of Baku

Şolz və Makron Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər

Şolz və Makron Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər
# 10 dekabr 2024 02:46 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.

Telefon danışığı zamanı tərəflər Suriyanın yeni hakimiyyət orqanları ilə fundamental insan hüquqlarına hörmət və etno-konfessional azlıqların müdafiəsi əsasında əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.

Solz və Makron Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR