Bank Of Baku

Devid Kemeron: Şotlandiya, Uels, İngiltərə və Şimali İrlandiyaya daha geniş səlahiyyətlər veriləcək

Devid Kemeron: Şotlandiya, Uels, İngiltərə və Şimali İrlandiyaya daha geniş səlahiyyətlər veriləcək
# 19 sentyabr 2014 08:57 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Şotlandiya, Uels, İngiltərə və Şimali İrlandiyaya daha geniş səlahiyyətlər veriləcək.

 

APA - nın İTAR – TASS - a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniya baş naziri Devid Kemeron Şotlandiyada keçirilən referendumun nəticələrini şərh edərkən deyib.

 

O qeyd edib ki, səlahiyyətlərin genişləndirilməsi barədə qərarı 2015-ci ildə yeni çağırış Britaniya parlamenti qəbul edəcək.

 

“Hökumət verdiyi sözləri yerinə yetirəcək və Şotlandiya parlamentinə vergi, büdcə xərcləri və sosial təminat sahəsində yeni səlahiyyətlər verəcək”, - deyə D. Kemeron vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR