Bank Of Baku

İstanbulda qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb - YENİLƏNİB-3

İstanbulda qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb - <span style="color: red;">YENİLƏNİB-3
# 10 mart 2017 11:08 (UTC +04:00)

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli helikopterdə olan 7 nəfərin heç bir sağ qalmayıb. 
 
APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar  “Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.

***

13.24

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus helikopterdə 4 Rusiya vətəndaşı olub.

 

APA-nın xəbərinə görə bu barədə Türkiyənin NTV telekanalı şirkətə istinadən məlumat yayıb.

 

Ümumilikdə helikopterdə 2 pilot, 4 Rusiya vətəndaşı və “Eczacıbaşı” Şirkətlər Qrupunun 1 əməkdaşı olub.

 

 

***

 

saat 13.17

 

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğraya helikopter “Eczacıbaşı” Şirkətlər Qrupuna məxsus olub.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə şirkət məlumat yayıb.

 

Helikopterdə 2-si pilot olmaqla, 7 nəfər olub.

 

Helikopterdə şirkətdə yüksək vəzifə tutan şəxslərin və xarici qonaqların olduğu da bildirilir.

 

Qəzaya dumanın səbəb olduğu bildirilir.

 

 

***

 

saat 12.57

 

İstanbulun Beylikdüzü rayonunda helikopterin qülləyə çırpılması nəticəsində 5 nəfər ölüb.

 

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin olduğunu bildirib.

 

H. Akgün yolun nəqliyyatın hərəkəti üçün bağlandığını deyib.

 

***

 

12.42

 

Türkiyədə helikopter qəzaya uğrayıb.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İstanbulun Bəylikdüzü rayonunda yanğınsöndürmə helikopteri qülləyə çırpılıb.

 

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR