ABŞ nümayəndələri yaxın günlərdə Talibanla məsləhətləşmələr aparacaq

ABŞ nümayəndələri yaxın günlərdə Talibanla məsləhətləşmələr aparacaq
# 23 iyun 2022 00:20 (UTC +04:00)

ABŞ nümayəndə heyəti yaxın vaxtlarda Əfqanıstandakı zəlzələyə humanitar yardım məqsədi ilə Taliban hərəkatı ilə müzakirə aparacaq.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinq zamanı bildirib.

“Mən güman edirəm ki, Əfqanstandakı zəlzələ ilə bağlı humanitar yardım ABŞ və Taliban nümayəndələri tərəfindən yaxın günlərdə müzakirə olunacaq”,- deyə Prays bildirib.

Qeyd edək ki, ötən gün Əfqanıstanda 6.1 bal gücündə zəlzələ olub.

Hadisə nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR