Finlandiya Prezidenti Sauli Niinistö də çoxsaylı itkilərlə nəticələnən zəlzələ ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Finlandiyan Prezidentinin Ofisi məlumat yayıb.
"Prezident Niinisto Türkiyə Prezidenti Ərdoğana məktub göndərərək, Türkiyədə baş verən faciəvi zəlzələ nəticəsində həlak olanlar və dağıntılar üçün dərin hüznlə başsağlığı verib",- məlumatda deyilir.