Azərbaycanda Quru Qoşunları Komandanlığı yaradılır

Azərbaycanda Quru Qoşunları Komandanlığı yaradılır
# 26 dekabr 2006 11:44 (UTC +04:00)
Hərbi mənbələrdən APA-ya daxil olan məlumata görə, artıq Quru Qoşunlarının strukturu, tərkibi və idarəetmə sistemi ilə bağlı məsələ yekunlaşmaq üzrədir. Quru Qoşunları Komandanlığı müdafiə nazirinə deyil, bilavasitə Silahlı Qüvvələrin Baş Qərargah rəisinə tabe olacaq. Mənbənin məlumatına görə, gələn il, həmçinin, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Türkiyədə olduğu kimi, müstəqil qoşun birləşməsi formasında Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarılaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisinə tabe olacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə qeyd olunan məsələ ilə bağlı məlumatsız olduqlarını bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR