Lənkəranda avtomobil 53 yaşlı qadını vuraraq öldürüb - FOTO - VİDEO

Lənkəranda avtomobil 53 yaşlı qadını vuraraq öldürüb - FOTO  - VİDEO
# 19 oktyabr 2022 09:57 (UTC +04:00)

Lənkəranda piyada ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Lənkəranın Gərmətük kənd sakini Tale Rzayev "Mercedes Benz" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək 1969-cu il təvəllüdlü Rəvanə İsrafil qızı Bayayevanı vurub.

Sonra avtomobil yaxınlıqdakı elektrik dirəyinə çırpılaraq dayanıb.

Piyada hadisə yerindəcə dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Qadının Lənkəranda çay fabrikində çalışdığı, həmin vaxt işə getdiyi bildirilir.

Sürücü saxlanılıb. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR