Bank Of Baku

Laçında Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib - FOTO

Laçında Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib - FOTO
# 27 sentyabr 2026 13:51 (UTC +04:00)

27 Sentyabr – Anım Günü ilə əlaqədar Laçın rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

APA xəbər verir ki, Anım Günü ilə əlaqədar Laçın şəhərinin mərkəzi dairəsində toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR