Lənkəranda yol qəzasında ''Niva'' sürücüsü xəsarət alıb

Lənkəranda yol qəzasında
# 20 oktyabr 2022 23:22 (UTC +04:00)

Lənkəranda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt - Astara magistralının Lənkəran rayonun Parakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Daştalığjar kənd sakini Hakim Zeynal oğlu Əliyevin idarə etdiyi “Toyota Land Cruzer” markalı avtomobil, Astara rayon Siyəkü kənd sakini 1987-ci il təvəllüdlü Əfqan İsbət oğlu Əliyevin idarə etdiyi ''Niva'' markalı avtomobillə toqquşub. Nəticədə ''Niva''nın sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstıxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerlışdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR